AFN.AZ / Oqtay Əsədov Gürcüstana səfərə gedir

Oqtay Əsədov Gürcüstana səfərə gedir

Oqtay Əsədov Gürcüstana səfərə gedir


Milli Məclisin sədri Oqtay Əsədov Gürcüstanın ilk Demokratik Respublikasının 100 illiyi ilə əlaqədar tədbirlərdə iştirak etmək üçün mayın 26-da Tbilisidə səfərdə olacaq.

Tədbirin açılış mərasiminə Gürcüstanın Prezidenti, Baş naziri, parlamentin sədri, yubileyə dəvət olunmuş dövlət və hökumət başçıları qatılacaqlar.

Gürcüstan parlamentində keçiriləcək “İnkişaf üçün əməkdaşlıq: gələcək 100 il üçün strategiya” mövzusunda "dəyirmi masa"da Milli Məclisin sədri O.Əsədov çıxış edəcək.

Səfər çərçivəsində parlament sədrinin tədbirdə iştirak edən nümayəndə heyətlərinin başçıları ilə bir sıra görüşləri gözlənilir. (Trend)
25-05-2018, 16:30
Geri qayıt