AFN.AZ / Dövlət Komitəsində növbəti dəfə məcburi köçkünlər qəbul edilib

Dövlət Komitəsində növbəti dəfə məcburi köçkünlər qəbul edilib

Dövlət Komitəsində növbəti dəfə məcburi köçkünlər qəbul edilib


Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Bakı şəhəri və ətraf qəsəbələrdə məskunlaşmış məcburi köçkünləri qəbul edib.

Qurumun mətbuat xidmətindən AFN-ə verilən məlimata görə, qəbulda Dövlət Komitəsinin sədr müavinləri, şöbə və departament müdirləri, ərazisi işğal olunmuş rayonların icra hakimiyyəti başçılarının müavinləri iştirak ediblər.

Məcburi köçkünlərin müraciətləri, əsasən, mənzil problemi, kommunal xidmətlər, statusun verilməsi, işəgötürmə ilə bağlı olub. Vətəndaşlar ayrı-ayrılıqda dinlənilib, müraciətləri qeydə alınıb.

Dövlət Komitəsinin sədri müraciətlərin araşdırılması və müvafiq tədbirlərin görülməsi üçün tapşırıq verib.
12-06-2018, 17:21
Geri qayıt