AFN.AZ / Milli Qəhrəman Asif Məhərrəmova həsr olunmuş tədbir keçirilib

Milli Qəhrəman Asif Məhərrəmova həsr olunmuş tədbir keçirilib

Milli Qəhrəman Asif Məhərrəmova həsr olunmuş tədbir keçirilib


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzində Milli Qəhrəman Asif Məhərrəmova həsr olunmuş tədbir keçirilib.

Nazirliyin mətbuat xidmətindən AFN-ə verilən məlumata görə, “Qəhrəmanlarımızı tanıyaq və tanıdaq!” layihəsi çərçivəsində “Arabaçı Əlillər Şəbəkəsi” İctimai Birliyi tərəfindən təşkil edilən tədbirdə ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın dövlət himni səslənib.

Əlil ictimai birliklərinin, Qarabağ müharibəsi veteranlarının da iştirak etdiyi tədbirdə Milli Qəhrəman Asif Məhərrəmovun həyatı və şərəfli döyüş yolu, şücaəti barədə məlumat verilib. Tədbirdə Azərbaycan torpaqlarının bütövlüyü uğrunda döyüşlərdə düşmənə sarsıdıcı zərbələr endirən, bu döyüşlərdə qəhrəmancasına həlak olan Vətən övladlarının xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağı, onların həyat və mübarizə yolunun tariximizə qızıl hərflərlə yazılmış vətənpərvərlik nümunələri olduğu vurğulanıb.

“Arabaçı Əlillər Şəbəkəsi” İctimai Birliyinin sədri İlham Məhərrəmov layihənin Milli Qəhrəmanlarımızın daha yaxından tanıdılması və eyni zamanda, gənclərimizin hərbi-vətənpərvərlik tərbiyəsinə töhfə vermək məqsədinə xidmət etdiyini bildirib. O layihə çərçivəsində Mərkəzdə Milli Qəhrəmanlar Mübariz İbrahimov, Cavanşir Rəhimov, Çingiz Qurbanov, Sahil Məmmədov və başqaları ilə bağlı tədbirlərin də təşkil olunacağını bildirib.

Tədbirdə Milli Qəhrəman Asif Məhərrəmov haqqında çəkilmiş film nümayiş olunub, Laçın musiqi məktəbinin ansamblının ifasında vətənpərvərlik mahnıları səsləndirilib.

Milli Qəhrəman Asif Məhərrəmova həsr olunmuş tədbir keçirilib

Milli Qəhrəman Asif Məhərrəmova həsr olunmuş tədbir keçirilib

Milli Qəhrəman Asif Məhərrəmova həsr olunmuş tədbir keçirilib

Milli Qəhrəman Asif Məhərrəmova həsr olunmuş tədbir keçirilib

Milli Qəhrəman Asif Məhərrəmova həsr olunmuş tədbir keçirilib
12-06-2018, 18:39
Geri qayıt