Əsas Səhifə > Son Dəqiqə > Azərbaycan və Rusiya prezidentləri Moskvada görüşəcəklər

Azərbaycan və Rusiya prezidentləri Moskvada görüşəcəklər


13-06-2018, 13:20.
title}
Azərbaycan və Rusiya prezidentləri Moskvada görüşəcəklər


Rusiya prezidenti Vladimir Putin Moskvada Azərbaycan, Ermənistan, Boliviya, Livan, Belarus və Səudiyyə Ərəbistan liderləri ilə görüşlər keçirəcək.

RİA Novosti xəbər verir ki, bununla bağlı Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat yayıb.

“Bu gün Putinin Azərbaycan prezidenti İlham Əliyev, Ruanda prezidenti Polem Kaqame, Boliviya prezidenti Evo Morales, Livan baş naziri Saad Hariri, Ermənistan baş naziri Nikol Paşinyanla təkbətək görüşləri baş tutacaq”, - Peskov deyib.
Geri qayıt