Əsas Səhifə > Son Dəqiqə > Son bir ayda “İş yerinə dair arayış” elekron xidmətinə 59,5 min müraciət qeydə alınıb

Son bir ayda “İş yerinə dair arayış” elekron xidmətinə 59,5 min müraciət qeydə alınıb


13-06-2018, 13:23.
title}
Son bir ayda “İş yerinə dair arayış” elekron xidmətinə 59,5 min müraciət qeydə alınıb


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “İş yerinə dair arayış” elektron xidmətinə cari ilin may ayında 59,5 min müraciət qeydə alınıb. Bu da ötən ilin müvafiq dövrünə nisbətən “İş yerinə dair arayış” e-xidmətindən istifadə sayının 2,4 dəfə artdığını göstərir.

Nazirliyin mətbuat xidmətindən AFN-ə verilən məlumata görə, hazırda “Elektron hökumət” portalında müxtəlif qurumlar üzrə 18 növdə e-arayış xidməti təqdim olunur. Onlara edilən ümumi müraciətlərin təqribən yarıya qədəri “İş yerinə dair arayış” e-xidmətinə aiddir.

Adıçəkilən e-xidmətdən istifadə üçün “Elektron hökumət” portalında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təqdim olunan xidmətlər siyahısından və ya “Elektron arayışlar” bölməsindən “İş yerinə dair arayış” xidməti və bundan sonra ekranda əks olunan müvafiq menyudan “Yeni arayış” menyusu seçilir. Sonrakı mərhələdə istifadəçi qüvvədə olan əmək müqaviləsi bildirişi (və ya bildirişlərindən biri) üzrə iş yerinə dair arayışını əldə edir.

“İş yerinə dair arayış” e-xidməti vətəndaşların müvafiq arayışı işəğötürənə müraciət etmədən real vaxt rejimində onlayn qaydada əldə etməsinə imkan verir. İndiyədək həmin e-xidmətə 1 milyon 73 min dəfə müraciət olunub.
Geri qayıt