AFN.AZ / Gənclərin düzgün peşə-ixtisas seçiminə yönəldilməsi məqsədilə seminarlar keçirilib

Gənclərin düzgün peşə-ixtisas seçiminə yönəldilməsi məqsədilə seminarlar keçirilib

Gənclərin düzgün peşə-ixtisas seçiminə yönəldilməsi məqsədilə seminarlar keçirilib


5, 6, 8 və 14 iyun 2018 – ci il tarixlərində “Bizim Nəsil” Gənclərin Regional İnkişaf Assosiasiyası İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Qəbələ, İsmayıllı, Göyçay və Binəqədi rayonlarında “Region gənclərinin düzgün peşə-ixtisas seçiminə yönəldilməsi məqsədilə seminarların və görüşlərin təşkili” layihəsi icra olunub. Layihənin məqsədi region gənclərinin düzgün peşə-ixtisas seçimi ilə bağlı maarifləndirilməsi, onların təhsil və karyera sahəsində uğurlu inkişafına dəstək göstərmək olmuşdur.



Qeyd olunan rayonların hər birində “Düzgün peşə-ixtisas seçimi” mövzusunda keçirilən seminar və görüşlərdə yuxarı sinif şagirdləri, həmçinin bu il ali və orta ixtisas məktəblərinə sənəd verən şagirdlər, gənclər, valideynlər, müəllimlər, peşə məktəblərinin nümayəndələri, QHT-lərin fəal üzvləri, yerli icra hakimiyyəti və rayon gənclər və idman idarələrinin nümayəndələri iştirak ediblər.
Seminarlar Odlar Yurdu Universitetinin Karyera və İnkişaf Mərkəzinin direktoru, ish.az saytının təsisçisi, İnsan Resursları üzrə mütəxəssis Zaur Məmmədov tərəfindən aparılmış və aşağıdakı mövzuları əhatə etmişdir:
- Peşə özünütəyini;
- Xarakter analizi - xarakterin peşələrə uyğunluğu;
- Müstəqil ixtisas seçiminin önəmi və gələcəkdə ehtiyac artacaq peşələr;
- Peşə-ixtisas seçimində yan təsirlər (valideyn, məktəb amili);
- Peşə seçiminin modeli;
- Peşə və ixtisas tələbləri;
- Müasir dövrün peşə və ixtisasları;
- Əmək bazarının tələbləri;
- Peşəyönümü və bacarıqların qiymətləndirilməsi;
- Düzgün peşə-ixtisas seçimi uğurlu karyeranın əsası kimi;

Seminarın sonunda gənclərlə interaktiv müzakirələr aparılmış, sualları cavablandırılmış, valideynlər və müəllimlərlə görüşlər keçirilmişdir. Layihə iştirakçılarına düzgün peşə-ixtisas seçimi mövzusunda hazırlanmış bukletlər və digər nəşr – poliqrafiya məhsulları paylanmışdır.

Gənclərin düzgün peşə-ixtisas seçiminə yönəldilməsi məqsədilə seminarlar keçirilib
Gənclərin düzgün peşə-ixtisas seçiminə yönəldilməsi məqsədilə seminarlar keçirilib
Gənclərin düzgün peşə-ixtisas seçiminə yönəldilməsi məqsədilə seminarlar keçirilib
Gənclərin düzgün peşə-ixtisas seçiminə yönəldilməsi məqsədilə seminarlar keçirilib
14-06-2018, 17:30
Geri qayıt