AFN.AZ / Lerikdə dini icmalar və gənclər mövzusunda ikigünlük seminar-müşavirə başlayıb

Lerikdə dini icmalar və gənclər mövzusunda ikigünlük seminar-müşavirə başlayıb

Lerikdə dini icmalar və gənclər mövzusunda ikigünlük seminar-müşavirə başlayıb


Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Lerik Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Dini icmalar və gənclər: dini radikalizmlə mübarizə və birgə fəaliyyətin təşkili” mövzusunda keçirilən ikigünlük seminar-müşavirə öz işinə başlayıb.

Dini icma sədrləri və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi seminar-müşavirəni açan RİH..... rayondakı dini durum barədə məlumat verib. Lerikdə 26 dini qurumun Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən dövlət qeydiyyatına alındığını deyən .. icmaların fəaliyyəti üçün yaradılan şəraitdən danışıb. Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncamın dini icmaların cəmiyyətə inteqrasiyasında mühüm rol oynadığını bildirib.

İştirakçıları Dövlət Müstəqilliyi Günü münasibətilə təbrik edən Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı bildirib ki, bu gün Azərbaycan təkcə sosial-iqtisadi uğurlarına, hərbi-siyasi potensialına görə deyil, eyni zamanda, vicdan azadlığının təmin edilməsinə, yüzilliklər ərzində formalaşmış tolerantlıq ənənələrinin qorunmasına görə regionda ön sıralarda yer alır. Ölkədə Ümummilli Liderimiz Heydər Əliyevin formalaşdırdığı dövlət-din siyasətinə uyğun olaraq dini konfessiyalar arasında dözümlülük mühitinin inkişaf etdirilməsi sahəsində dönüş yaranıb, dövlətlə dini qurumların münasibəti yeni mərhələyə qədəm qoyub.

S.Salahlı vurğulayıb ki, Azərbaycan əhalisinin tərkibi həm etnik, həm dini baxımdan zəngindir. Ölkəmizdə bütün tarixi dövrlərdə etnik və dini icmalar arasında möhkəm dözümlülük əlaqələri formalaşıb, milli, irqi və dini zəmində heç bir ayrı-seçkilik faktı qeydə alınmayıb.

Dini radikalizmə qarşı mübarizədən də danışan sədrin birinci müavini bu sahədə din xadimlərinin üzərinə böyük vəzifə və məsuliyyət düşdüyünü deyib. O, bu gün hansı dinə mənsubluğundan asılı olmayaraq din xadimlərinin geniş təbliğat imkanına malik olduqlarını, cəmiyyətdə dini dünyagörüşünün formalaşmasında mənəvi məsuliyyət daşıdıqlarını bildirib.

DQİDK-nın Dini qurumlarla iş üzrə şöbəsinin müdiri vəzifəsini icra edən Cahandar Əlifzadə çıxışında bildirib ki, Azərbaycanda dini sahədə stabil mühit mövcuddur. Dini icmalara dövlət tərəfindən qayğı göstərilir, onların fəaliyyəti üçün geniş imkanlar yaradılıb. Vurğulayıb ki, bu sabitliyi pozmağa çalışan din adı altında öz məqsədlərini həyata keçirməyə çalışan qüvvələr var. C.Əlifzadə cəmiyyəti belə radikal ünsürlərin təsirindən qorumağın yollarından danışıb.

Seminar-müşavirənin birinci günü müzakirələrlə yekunlaşıb.
18-10-2018, 19:41
Geri qayıt