AFN.AZ / “Caspian Ecology” 9-cu Azərbaycan Beynəlxalq Ətraf Mühit Sərgisi davam edir

“Caspian Ecology” 9-cu Azərbaycan Beynəlxalq Ətraf Mühit Sərgisi davam edir

“Caspian Ecology” 9-cu Azərbaycan Beynəlxalq Ətraf Mühit Sərgisi davam edir


Ətraf mühitin mühafizəsi sahəsində innovativ texnologiyaları tətbiq edən beynəlxalq və yerli şirkətləri, dövlət və qeyri-hökumət təşkilatlarını bir araya gətirmək, perspektivli əməkdaşlıq və təcrübə mübadiləsi üçün zəmin yaratmaq məqsədi daşıyan “Caspian Ecology” 9-cu Azərbaycan Beynəlxalq Ətraf Mühit Sərgisi davam edir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AFN-ə verilən məlumata görə, sərgidə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən meşələrimiz – milli sərvətimizdir, fauna və flora müxtəlifliyi, balıqçılıq və akvakultura, Azərbaycanın xüsusi mühafizə olunan təbiət əraziləri, Azərbaycanın Milli Parkları, Azərbaycanın palçıq vulkanları, hidrometeorologiya və digər sahələrdə görülmüş işləri əks etdirən stendlər ziyarətçilər tərəfindən maraqla qarşılanır.

Qeyd edək ki, ETSN təşkilatçılığı ilə keçirilən “Caspian Ecology” 9-cu Azərbaycan Beynəlxalq Ətraf Mühit sərgisinin son günü 16 noyabr 2018-ci il tarixidir.
15-11-2018, 16:31
Geri qayıt