AFN.AZ / Emin Ağalarov və dostları Moskvada buz altına düşdülər

Emin Ağalarov və dostları Moskvada buz altına düşdülər

Emin Ağalarov və dostları Moskvada buz altına düşdülər


Müğənni və biznesmen Emin Ağalarovun dostları ilə birlikdə Moskvaətrafında qar üzərində aeroxizəklərdə sürüşmə cəhdi uğursuz olub.

Virtualaz.org Rusiya KİV-ə istinadən bildirir ki, gənclər buzun altına yıxılıblar və hahalı texnikanı batırıblar.

Belə ki, Köhnə Yeni il ərəfəsində, 13 yanvarda, Emin tam təchizatda İlinski kənd yaxınlığındakı qarlı yerləri fəth etməyə yollanıb. Onunla birlikdə bir neçə dostu da olub. Onların əyləncələri aeroxizəklərdən birinin buz altına düşməsi səbəbindən yarımçıq qalıb. Müğənni sonra video çəkib və təbəssümlə baş verənlər haqda danışıb.

Əvvəlcə onlar qar basmış sahə ilə gedib, müxtəlif fəndlər ediblər. Amma sonra buzun altına düşüblər. "Balıq tutan bu dayının ovunu korladıq. Yan körpüyə 10 dəqiqəlik yol qalmışdı. Yaxşı odur ki, hər şey yaxşı qurtarır. Batanlar sağdılar!" — Emin şərh edib.

Çarxda müğənni dəyəri milyon yarım rubla çatan batmış Yamaha aeroxizəyini göstərir. O qeyd edir ki, baş verənlərdən dərya qədər yeni hiss və enerji alıb. Onun dostları da sağ-salamatdılar və nahara yola düşüblər.

14-01-2019, 17:00
Geri qayıt