AFN.AZ / Azercell əmək sərgisində iştirak edib

Azercell əmək sərgisində iştirak edib

Azercell əmək sərgisində iştirak edib


Ölkəmizin nüfuzlu universitetləri ilə əməkdaşlıq edən, tələbələrin inkişafına dair müxtəlif proqramlar həyata keçirən, gənclərin karyera qurmasına böyük dəstək göstərən “Azercell Telekom” MMC daha bir karyera sərgisində iştirak edib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birlikdə Bakı Mühəndislik Universitetində “Karyerada ilk addım” devizin altında təşkil olunan sərgiyə "Azercell"in İnsan Qaynaqları departamentinin mütəxəssisləri də qatılıblar. Departament əməkdaşları işə qəbul olmaq istəyən məzun və tələbələrin suallarını cavablayıb, şirkətdə mövcud olan vakansiyalar, xüsusi olaraq tələbələr üçün keçirilən Tələbə Təqaüd Proqramı və Təcrübə Proqramları barədə geniş məlumat təqdim ediblər.

60-dan çox nüfuzlu dövlət və özəl qurumların iştirak etdiyi sərginin keçirilməsində əsas məqsəd tələbə və məzunlara ölkənin aparıcı sektorlarında fəaliyyət göstərən şirkətlərlərdə iş imkanları və aktiv vakansiyalar barədə məlumat təqdim etməkdir.

Qeyd edək ki, "Azercell" şirkəti daima tələbələrin peşəkar inkişafına töhvə verir və telekommunikasiya sahəsində karyeralarını qurmaq istəyən tələbər üçün müxtəlif layihələr keçirir.
22-03-2019, 18:29
Geri qayıt