“Bərdə şəhərində “Araz minimarket” filialının müdirinin intihar etməsindən dolayı dərindən kədərlənirik, şirkət rəhbərliyi adından dünyasını dəyişən əməkdaşımızın ailə üzvlərinə baş sağlığı veririk”.Bunu AFN-ə “Araz” supermarketlər şəbəkəsinin mətbuat xidməti rəhbəri Billurə Əmirova deyib. Onun sözlərinə görə, hadisənin səbəbləri hələlik tam məlum deyil: “Ehtimal edilir ki, hadisə şəxsi zəmində baş verib. Hazırda hüquq mühafizə orqanları tərəfindən müvafiq araşdırma aparılır, hadisənin əsl səbəbləri araşdırmadan sonra məlum olacaqdır”.
Qeyd edək ki, 1988-cı il təvəllüdlü İsgəndərov Tofiq İlham özünü evində asaraq intihar edib. B.Əmirovanın bildirdiyinə görə, o, 2015 -cı ildən “Araz” supermarketlər şəbəkəsində çalışırmış.