AFN.AZ / Hindistanın Azərbaycandakı səfiri Diasporla İş üzrə Dövlət Komitəsinin sədri ilə görüşüb

Hindistanın Azərbaycandakı səfiri Diasporla İş üzrə Dövlət Komitəsinin sədri ilə görüşüb

Hindistanın Azərbaycandakı səfiri Diasporla İş üzrə Dövlət Komitəsinin sədri ilə görüşüb


Hindistanın Azərbaycandakı səfiri Bavitlunq Vanlalvavna Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovla görüşüb.

AFN xəbər verir ki, görüşdə xaricdə yaşayan azərbaycanlılar və ölkəmizin diaspor siyasəti barədə məlumat verilib, diasporla əlaqələrin möhkəmləndirilməsi, informasiya siyasəti, diaspor təşkilatlarının fəaliyyəti, azərbaycanlıların yaşadıqları ölkələrə inteqrasiya olunmaları ilə bağlı geniş fikir mübadiləsi aparılıb.

Səfir Bavitlunq Vanlalvavna Fuad Muradovun Milli Məclisin üzvü olarkən Azərbaycan-Hindistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü olduğunu xatırladıb, eyni zamanda ölkələrimiz arasında dostluq münasibətlərinin uzun tarixə malik olduğunu diqqətə çatdırıb..

Görüşdə əməkdaşlıq imkanları müzakirə edilib.
14-05-2019, 17:38
Geri qayıt