AFN.AZ / Vüsal Qasımlı UNDP missiyasını qəbul edib

Vüsal Qasımlı UNDP missiyasını qəbul edib

Vüsal Qasımlı UNDP missiyasını qəbul edib


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (UNDP) “Ölkə proqramı üzrə müstəqil qiymətləndirmə” missiyasını qəbul edib.

AFN xəbər verir ki, V.Qasımlı görüş zamanı ölkədə aparılan uğurlu iqtisadi islahatlar, Strateji Yol Xəritələrinin monitorinq və qiymətləndirmə nəticələri, İİTKM-in monitorinq və qiymətləndirmə institutu olaraq həyata keçirdiyi fəaliyyətlər, eləcə də, Azexport.az, EnterpriseAzerbaijan.com, Rəqəmsal Ticarət Qovşağı, Azranking.az və Bir Pəncərə İxraca Dəstək Mərkəzi barədə ətraflı məlumat verib.

İcraçı direktor həmçinin Strateji Yol Xəritələrinin və müvafiq monitorinq və qiymətləndirmə çərçivəsinin hazırlanmasında UNDP tərəfindən təmin edilən ekspert dəstəyi və donor qurumları ilə koordinasiyada əməkdaşlığı yüksək qiymətləndirib. UNDP-nin qiymətləndirmə missiyasının rəhbəri Elinor Bajraktari və qiymətləndirmə mütəxəssisi Anna Querraggionun Azərbaycanda Dayanlqlı İnkişaf Məqsədlərinin həm strateji yol xəritələrinin və həm də digər dövlət proqramlarının hazırlanması, icrası və monitorinqində nəzərə alınması, UNDP-nin ölkədə strateji idarəetmə tədbirlərinə töhfəsi, idarəetmə islahatları barədə Azərbaycanın maraqlı təcrübəsi olduğunu bildiriblər.

Müzakirələr zamanı Azərbaycanın Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası, ASAN xidmətin fəaliyyəti, fiskal sahədə aparılan institusional və tənzimlə islahatları, Orta Müddətli Xərclər Çərçivəsi, Fiskal Qayda, Orta və Uzun Müddətli Dövlət Borcu Strategiyası və Nəticə-Əsaslı Büdcə İdarəçiliyi kimi sənədlərin qəbul edilməsi barədə məlumat verilib. Yeni iqtisadi inkişaf strategiyası, diversifikasiya, insan kapitalı və fiskal islahatlar kimi strateji sahələr gələcək əməkdaşlıq istiqamətləri kimi təklif edilib.

Sonda qonaqlara “Doing Business 2020”- ə həsr olunan islahat icmalı və “Strateji Yol Xəritələrinin Monitorinq və Qiymətləndirmə” nəticələrinə aid icmallar təqdim olunub.
15-05-2019, 14:41
Geri qayıt