AFN.AZ / "2019 İxraca Dəstək" layihəsinin təlimi keçirilib

"2019 İxraca Dəstək" layihəsinin təlimi keçirilib

"2019 İxraca Dəstək" layihəsinin təlimi keçirilib


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “Bir Pəncərə” İxraca Dəstək Mərkəzində ixracatçı sahibkarlar üçün həyata keçirilən "2019 İxraca Dəstək" layihəsinin II hissəsi üzrə təşkil olunan "İxrac gömrük əməliyyatında beynəlxalq daşınma" mövzusunda yekun təlim keçirilib.

Mərkəzdən AFN-ə verilən məlumata görə, təlimdə beynəlxalq daşınmalar üzrə mütəxəssis Nicat Şabanlı ixrac gömrük əməliyyatlarında beynəlxalq daşınma prosesi, beynəlxalq daşınmanın növləri, nəqliyyat sənədlərinin tərtib olunma standartları və beynəlxalq daşınma ilə bağlı sahibkarlara məlumatlar verib. Həmçinin iştirakçı sahibkarlara ixrac gömrük prosesinin gedişi, iqtisadi alqı-satqı müqavilələrinin tərtib olunması, ixrac hesab fakturalarının hazırlanması, ixrac zamanı tələb olunan icazə sənədlərinin alınması, ixracda xarici bazarların araşdırılması, ixracda biznes strategiyası, beynəlxalq daşınmalar və digər ixrac əməliyyatları ilə bağlı geniş təqdimat edilib.

Qeyd edək ki, “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi ,Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində "İnnovasiyalar Mərkəzi”-nin və “My Broker” gömrük təmsilçiliyinin təşkilatçılığı, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və Dövlət Gömrük Komitəsinin rəsmi dəstəyi ilə təşkil olunan təlimlərin hər birində iştirak ödənişsiz əsaslar ilə həyata keçirilib.

Yekunda iştirakçı sahibkarlara sertifikatlar təqdim olunub.
17-05-2019, 13:50
Geri qayıt