Əsas Səhifə > Son Dəqiqə > Gömrük Akademiyası magistraturaya qəbul üzrə liderdir

Gömrük Akademiyası magistraturaya qəbul üzrə liderdir


24-06-2019, 11:49.
title}
Gömrük Akademiyası magistraturaya qəbul üzrə liderdir


Azərbaycanda magistratura səviyyəsinə ən yüksək qəbulolma faizi Dövlət Gömrük Komitəsinin Akademiyasının məzunlarına məxsusdur. Belə ki, Dövlət İmtahan Mərkəzinin “Abituriyent” jurnalının 12-ci sayında dərc olunan məlumatda bildirilir ki, Akademiyanın 16 nəfər məzunundan 13-ü magistraturaya qəbul olub.



Xatırladaq ki, 2019/2020-ci tədris ilində Dövlət Gömrük Komitəsinin Akademiyasında ilk dəfə magistratura səviyyəsinə qəbul aparılıb. Akademiyanın magistratura pilləsinə qəbul Dünya iqtisadiyyatı - Gömrük işi və Hüquqşünaslıq - Beynəlxalq hüquq ixtisasları üzrə həyata keçirilib.

Qeyd edək ki, Akademiyasının magistraturasına qəbul olunmuş bakalavrların sənədlərinin qeydiyyatı 27.06.2019-cu il tarixindən 10.07.2019-cu il tarixinə qədər (şənbə və bazar günləri istisna olmaqla) saat 09:00-dan 17:00-a kimi Akademiyanın Tədris-metodiki işin təşkili şöbəsində aparılacaq.
Geri qayıt