Koronavirusun mənşəyinin heç bir versiyası istisna edilmir


Dünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adanom Gebreyesus ÜST-ün COVID-19-un mənşəyi ilə bağlı mövcud hipotezləri nəzərdən keçirməyə davam etdiyini söyləyib.


Gebreyesus ayrıca Cenevrədə təşkilatların mütəxəssislərinin yanvar-fevral aylarında Çindəki işlərinin nəticələrinə dair hazırladıqları hesabatla əlaqədar ölkələrin daimi nümayəndəlikləri üçün brifinq keçiriləcəyini elan edib. Bu brifinqin 30 mart tarixində keçirilməsi planlaşdırılır.

Bundan əvvəl, Çin Xalq Respublikası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Çjao Lisyan Amerika Birləşmiş Ştatlarının səlahiyyətlilərinin Dünya Səhiyyə Təşkilatına tənqidi bəyanatlarla təzyiq göstərməyə çalışdıqlarını dilə gətirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu