Ucarda polisə etiraz


Bir qrup Ucar sakini rayon polis şöbəsinin qarşısında aksiya keçirib.

Bu barədə hüquq müdafiəçisi Taleh Xasməmmədov öz facebook hesabında məlumat yayıb.
O bildirib ki, aksiyaya səbəb Ucar Rayon Polis Şöbəsinin (RPŞ) rəisi Tahir Quliyevin qohumu, narkotiklərə qarşı mübarizə bölməsinin rəisi Eldəniz İsmayılovun sakinləri təhqir etməsi olub: "Aksiyadan sonra Eldəniz Quliyev vəzifəsindən azad edilib, 15 nəfər aksiya iştirakçısı isə həbs edilib".
Yerli KİV-lər Ucar RPŞ ilə əlaqə saxlayıb. Növbətçi hissədən bildiriiblər ki, rayonda belə bir hadisə baş verməyib: "Belə bir hadisə olmayıb. Yaxşı olar ki, sabah mətbuat xidməti ilə əlaqə saxlayasınız".
Ucar RPŞ-dən musavat.com-a verilən məlumata görə, rayonda heç bir qarşıdurma baş verməyib. Məlumatda o da deyilir ki, ötən gün iki nəfər arasında mübahisə olub və polisin müdaxiləsi ilə tərəflər arasında barışıq əldə edilib. Polisdən bildirilib ki, bölmə rəisinin işdən çıxarılması, aksiya keçirilməsi və aksiya iştirakçılarının saxlanılması barədə məlumatlar həqiqəti əks etdirmir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu