Ağdamlılar Tərtəri ayağa qaldırdılar


Tərtər rayon Polis Şöbəsinin müvəqqəti saxlama təcridxanasında intihar faktı qeydə alınıb.

Tərtər rayon Polis Şöbəsindən Trend-ə bildiriblər ki, Ağdam rayon sakini, 33 yaşlı Dünyamalıyev Səbuhi Zamin oğlu saxlanıldığı kamerada özünü asıb. O narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirli bilinirdi.
Hadisədən dərhal sonra S.Dünyamalıyevin qohumlarının bir qrupu Tərtər rayon Polis Şöbəsinə gələrək etiraz ediblər. Yaranmış insidentdə polislər də daxil olmaqla bir neçə nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.
S.Dünyamalıyevin qohumlarına vəziyyət izah edildikdən sonra vəziyyət stabilləşib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu