Dünyada buğda kəskin ucuzlaşır, bizdə isə bahalaşır


Dünya bazarında ərzaq buğdasının qiyməti kəskin düşüb. Bu ayın əvvəlində 1 tonu 220 dollara təklif olunan ərzaq buğdası hazırda 180 dollara satılır.


Bu barədə kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov öz facebook profilində məlumat verib.

V.Məhərrəmov bildirib ki, dünya bazarında ərzaq buğdasının ucuzlaşması Azərbaycan bazarına təsir etməyib. Hazırda Azərbaycanda 1 ton buğdanın qiyməti 250 manatdan yüksəkdir.

Qeyd edək ki, ötən həftə unun qiymətində də bahalaşma müşahidə edilmişdi. Hazırda ölkə bazarında çörək istisna olunmaqla digər un məmulatlarının qiyməti də artıb.

Onu da xatırladaq ki, Azərbaycanın ərzaq buğdasına olan ehtiyacı 1,3 milyon tondur. Hər il ölkəyə 1,5 milyon tondan artıq buğda idxal olunur.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu