Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bir qrup əlili istirahət və sağlamlıq mərkəzinə göndərib

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, bununla da cari ilin ötən dövründə ƏƏSMN tərəfindən istirahətə göndərilən əlilliyi olan şəxslərin sayı 874 nəfərə çatıb.
Əlilliyi olan şəxslərin istirahəti Lənkəran, Xaçmaz və Şəki rayonlarındakı istirahət və sağlamlıq mərkəzlərində təşkil edilir. Onlar həmin mərkəzlərə xüsusi ayrılan nəqliyyat vasitəsilə aparılıb-gətirilir. İstirahət müddətində əlilliyi olan şəxslər üçün müxtəlif idman yarışlarının, musiqili-əyləncəli tədbirlərin təşkili, tarixi və görməli yerlərə gəzinti turları, həmçinin həmin şəxslərin fizioterapevtik müalicə prosedurlarına, müalicəvi bədən tərbiyəsinə cəlb olunması və s. tədbirlər də həyata keçirilir.
APA-Economics
Diqqətinizi çəkə biləcək digər xəbərlər