Altı ayda Azərbaycandan 1 milyon 919 min adam gedib, 973 min adam gəlib


Cari ilin yanvar-iyun ayları ərzində Azərbaycanın sərhəd-buraxılış məntəqələrindən keçən şəxslərin sayı 5761,2 min nəfər olub.


Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, onların 66,3%-i Azərbaycanın, 10,4%-i Rusiya, 10,1%-i Gürcüstan, 5,2%-i Türkiyə, 2,5%-i İran, 0,9%-i Ukrayna, 0,7%-i Birləşmiş Krallıq, 0,4%-i Qazaxıstan, 0,3%-i Özbəkistan, 0,3%-i Almaniya, 0,2%-i ABŞ, 0,2%-i İtaliya, 0,2%-i Belarus və 2,3%-i digər ölkələrin vətəndaşlarıdır.

Cari ilin ilk altı ayı ərzində ölkəmizə gələn xarici vətəndaşların sayı 973,5 min nəfər olub. Onların 310,7 min nəfəri Rusiya, 283,4 min nəfəri Gürcüstan, 148,2 min nəfəri Türkiyə, 72,8 min nəfəri İran, 27,2 min nəfəri Ukrayna, 19,4 min nəfəri İngiltərə, 12,5 min nəfəri Qazaxıstan, 7,8 min nəfəri Almaniya, 6,5 min nəfəri ABŞ, 85,0 min nəfəri isə digər ölkələrin vətəndaşlarıdır. Bu dövrdə ölkəmizə gələn xarici vətəndaşların ümumi sayında Rusiya, Gürcüstan, Türkiyə və İran vətəndaşlarının xüsusi çəkisi daha çox olub və müvafiq olaraq 31,9%, 29,1%, 15,2% və 7,5% təşkil edib.

2014-cü ilin müvafiq dövrü ilə müqayisədə ölkəmizə gələn Slovakiya, Portuqaliya, Yunanıstan, Lüksemburq, Serbiya, Sloveniya, Finlandiya, Belçika, İsveçrə, İtaliya, Çexiya, İspaniya, İrlandiya, Avstraliya, Rumıniya, Niderland, Belarus, Almaniya, Avstriya, Bolqarıstan, Fransa vətəndaşlarının sayında daha çox artım müşahidə olunub. ABŞ, Rusiya, Gürcüstan, Türkiyə, Qazaxıstan, Macarıstan, Çin vətəndaşlarının sayında isə azalma qeydə alınıb.

Cari ilin I yarısında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı 1919,2 min nəfər olub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu