Daha bir güllələnmə

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün rayonun Yenicə kəndində qeydə alınıb. Kənd sakini, 1980-ci təvəllüdlü Qurban Mirzəquliyev özünə məxsus ov tüfəngi ilə sinəsinə atəş açaraq özünü yaralayıb.
Ürək nahiyəsindən güllə yarası alan Qurban Mirzəquliyev təcili olaraq Ağdaş Mərkəzi Rayon Xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdirilib. Hazırda onun vəziyyəti orta-ağırdır. Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil. Faktla bağlı Ağdaş rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
Diqqətinizi çəkə biləcək digər xəbərlər