Etibar Əsədov: “Gənclərimiz daha yaxşı yaşayacaq”


Müasir Gənclik və Sosial İnkişaf İctimai Birliyi Azərbaycan Respublikası Gəclər və İdman Nazirliyinin dəstəyi ilə Masallı rayonunda “Gənc məzunların təhsildən sonrakı ictimai fəaliyyətinin stimullaşdırılması” mövzusunda tədbir keçirib.

Birliyin sədri Etibar Əsədov bildirib ki, ölkə prezidenti cənab İlham Əliyevin gənclərə göstərdiyi diqqət və qayğısı, bizi bu istiqamətdə daha da aktiv olmağa səfərbər edir. Onun sözlərinə görə, son dövrlər ölkəmizin ictimai həyatında xeyli sayda yeni qanunvericilik normaları qəbul edilərək formalaşıb: “Bu qanunvericilik normaları gənclərin daha yaxşı və hərtərəfli təmin olunmuş həyat tərzinin yaxşılaşmasına yönəlmişdir. Gənclərin hərtərəfli inkişafı və stimullaşdırılmasına yönəlmiş yeni qanunlar qəbul edilmişdir. Yaxın illərdə gənclərin, yeniyetmələrin inkişafı haqqında, gənclər siyasəti haqqında, təhsil haqqında, qanunlar qəbul edilmişdir”. Qeyd olunub ki, passiv vəziyyətdə olan məzunların elektron informasiya texnologiyalarından istifadə etməklə işçi mühitə transformasiyası işinin qurulması gənclər siyasətinə öz effektiv töhfəsini verər: “Cəmiyyət həyatında passiv vəziyyətdə olan, işsiz qalan məzunların yerli hakimiyyət strukturları, dövlət və özəl təşkilatlar, sahibkarlar, KİV-lə əməkdaşlıq və informasiya mübadiləsi işinin qurulması onların fəaliyyət aktivliyinin genişlənməsinə, imkanlarının reallaşdırılmasına, iş tapmasına, informasiya ötürücülüyünə, gənc məzunlar haqqında cəmiyyətdə geniş məlumatların formalaşmasına səbəb ola bilər”.

NİCAT



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu