AZAL: Havaya görə Türkiyəyə uçuşlarda problem yaranmayıb


Türkiyədə hava şəraitinin kəskin pisləşməsinə baxmayaraq, Azərbaycana yerinə yetirilən aviareyslərin qrafikində heç bir dəyişiklik yoxdur.

Bunu “APA-Economics”ə Azərbaycan Hava Yolları QSC-nin (AZAL) Xidmət rəisi Məhərrəm Səfərli deyib.

“Azərbaycandan Türkiyəyə və əks istiqamətdə uçuşlar qrafikə uyğun yerinə yetirilir”, - deyə M. Səfərli bildirib.

Qeyd edək ki, Türkiyədə hava şəraitinin kəskin pisləşməsi ilə əlaqədar qonşu ölkədə 83 ölkədaxili və beynəlxalq aviareys təxirə salınıb.

Əlavə edək ki, Azərbaycandan Türkiyə istiqamətində uçuşlar normal qaydada yerinə yetirilir. Belə ki, Bakı vaxtı ilə 09:53 radələrində Heydər Əliyev Hava Limanından İstanbulun Atatürk hava limanına təyyarə yola salınıb. Bundan başqa, İstanbulun Atatürk hava limanından yola salınan təyyarə 03:17-də, Sabıha Gökçen hava limanından qalxan təyyarə isə 07:49-da Bakıya enib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu