Gələn il səhiyyəyə nə qədər xərclənəcək?


2016-cı ilin dövlət büdcəsində səhiyyə xərcləri üçün 744,9 mln. manat və yaxud xərclərin 4,6 faizi həcmində vəsait ayrılıb.


Bu rəqəm 2015-ci illə müqayisədə 0,9 faiz-bənd çoxdur. Ayrılan vəsaitin 352,7 mln. manatı və yaxud 47,4 faizi xəstəxanaların, 108,3 mln. manatı və yaxud 14,5 faizi poliklinikaların və ambulatoriyaların saxlanılması xərclərinə, 6,8 mln. manatı və yaxud 0,9 faizi səhiyyə sahəsində digər xidmətlər üzrə xərclərə, 277,1 mln. manatı və yaxud 37,2 faizi səhiyyə sahəsində tətbiqi tədqiqatlar və səhiyyə sahəsinə aid edilən digər xidmətlər üzrə xərclərə yönəldiləcək.

2016-cı ildə səhiyyə xərcləri üçün ayrılacaq vəsaitin 177,7 mln. manatı məqsədli proqram və tədbirlərin maliyyələşdirilməsinə, o cümlədən xroniki böyrək çatışmazlığı xəstəliyinin mübarizəsi üzrə tədbirlərə 25,0 mln. manat, hemofiliya və talassemiya irsi qan xəstəliklərinin müalicəsi üzrə tədbirlərə 20,8 mln. manat, xərçəng xəstəliyi ilə milli mübarizə tədbirlərinin maliyyə təminatına 42,2 mln. manat, şəkərli diabet xəstəliyinin müalicəsi üzrə tədbirlərinin maliyyə təminatına 40,1 mln. manat, yoluxucu xəstəliklərin immunoprofilaktikasına dair tədbirlərə 3,0 mln. manat, vərəmlə mübarizə üzrə tədbirlər proqramının maliyyələşdirilməsinə 1,2 mln. manat, Azərbaycan Respublikasında HİV-AİDS-in qarşısının alınması və onunla mübarizəyə 2,6 mln. manat, ana və uşaqların sağlamlığının qorunması ilə bağlı tədbirlərə 3,9 mln. manat, qanın, qan komponentlərinin donorluğu və qan xidmətlərinin inkişafına dair tədbirlərə 1,7 mln. manat, uşaqların icbari dispanserizasiyası ilə bağlı xərclərə 5,0 mln. manat, dağınıq skleroz xəstəliyinə tutulmuş insanların müalicə tədbirləri üçün 3,3 mln. manat, səhiyyə müəssisələrinin maddi-texniki təminatının möhkəmləndirilməsinə, yenidən qurulmasına və əsaslı təmirinə 6,8 mln. manat, səhiyyə sahəsində islahatlarla bağlı xərclər üçün 13,0 mln. manat və digər səhiyyə tədbirlərinin həyata keçirilməsi üçün 9,1 mln. manat vəsait proqnozlaşdırılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu