Azərbaycanda mağazalardan mal alarkən diqqətli olun


Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlakçı hüquqlarının qorunması istiqamətində istehlak bazarına nəzarət tədbirlərini davam etdirib.

İqtisadiyyat və Sənaye Nazirliyinin (İSN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Nazirlik yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən istehlak bazarına nəzarət tədbirləri davam etdirilir.

Məlumatda qeyd olunur ki, Dövlət Xidməti tərəfindən aparılan növbəti monitorinqlər zamanı Bakının Qaradağ, Suraxanı, Nəsimi, Nizami, eləcə də Xaçmaz, Qusar, Qax, Ağdam, Şəki, Hacıqabul, Tovuz, Göygöl rayonlarında bir sıra mağazalarda saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların satıldığı aşkarlanıb və qanunamüvafiq tədbirlər görülüb.

İstehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda İqtisadiyyat və Sənaye Nazirliyinin 195-2 Çağrı Mərkəzinə, 498-15-01 və 498-15-04 nömrəli telefonlar, Nazirliyin internet saytı (www.economy.gov.az) və “Facebook” səhifəsi vasitəsi ilə Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə məlumat vermələri xahiş olunur.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu