Əli Kərimli yenə sədr oldu


Bu gün Azərbaycan Xalq Cəbhəsi Partiyası qurultay keçirib. Tədbir Səttar Bəhlulzadə adına Mədəniyyət Evində baş tutub. Qurultayda 800-ə yaxın nümayəndə iştirak edib.

AXCP sədrliyinə namizədliyini irəli sürmüş Sahib Kərimli çıxışının sonunda namizədliyini geri götürüb.

Daha sonra qurultay nümayəndələri növbəti dövr üçün AXCP sədri kimi Əli Kərimlinin namizədliyini dəstəkləyiblər.

Alternativsiz namizəd Ə.Kərimli göstərilən etimada görə cəbhəçilərə təşəkkür edib və qurultay başa çatıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu