"Azərbaycanda pensiya yaşı artırıla bilməz" - Komitə sədrindən AÇIQLAMA


Müxtəlif səbəblərdən dünyada insanların ömrü getdikcə qısalır. İndi bir çox ölkələrdə kişi və qadınlar 65-70 yaşlarına çatanda hansısa səbəblərdən dünyasını dəyişirlər. İnsanların ömrünün qısalmasına rəğmən, bəzi ölkələr pensiyalara daha az vəsait xərclənməsi məqsədilə təqaüd yaşını artırmaq istiqamətində addımlar atırlar.
Bəzi iqtisadçılar belə hesab edir ki, pensiya yaşının uzadılması maliyyə böhranı ilə mübarizə üçün yaxşı reseptdir. Onların fikrincə, pensiya yaşının artırılması ilə pensiyalara ayrılan vəsaiti azaltmaq mümkündür.

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyevin sentyabrın 28-də “Azərbaycanda pensiya yaşı artırıla bilər” açıqlaması cəmiyyətdə narazılıqla qarşılanıb.
Məlumat üçün bildirək ki, ölkəmizdə qadınların pensiyaya çıxma yaşı 60, kişilərinki isə 63-dür.

Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli Modern.az saytına deyib ki, Elman Mehdiyevin açıqlaması bu gün üçün real sayıla bilməz:

“Azərbaycanda yaxın gələcəkdə pensiya yaşının artırılması ideyası yoxdur”.

"Azərbaycanda pensiya yaşı artırıla bilməz" - Komitə sədrindən AÇIQLAMA

Komitə rəhbəri deyib ki, parlamentdə bununla bağlı hər hansı layihə hazırlanmayıb, hər hansı müzakirə aparılmayıb:

“Avropada qadın və kişilərin orta pensiya yaşı 65-dir. Qərbi Avropa ölkələrinin əksəriyyətində qadınların pensiya yaşı 63, kişilərinki 67-dir.

Nəzərinizə çatdırım ki, Azərbaycanda orta pensiya yaşı müəyyən olunanda insanların orta ölüm yaşı nəzərə alındığından, bu gün pensiya yaşının artırılması gündəmdə yoxdur və heç müzakirə mövzusu da deyil”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail:office@afn.az




menyu
menyu