İnsanın yaddaşını silmək mümkün olacaq


İnsan yaddaşının idarə olunması elmi-fantastik filmlərin ssenari müəlliflərinin ən sevimli üsullarından biridir. İndi isə bunu tamamilə reallığa çevirmək mümkündür. Belə ki, İsveçin Upsal Universitetinin alimləri ifrat dərəcədə həyəcanlı və depressiyalı adamları müalicə etmək üçün yeni kəşfə imza atdıqlarını bəyan ediblər. Bu barədə Trend Rusiya KİV-inə istinadən xəbər verir.
Mütəxəssislərin sözlərinə görə, insan yaddaşından yenidən əmələ gələn xatirəni (söhbət qısamüddətli yaddaşdan gedir) pozmaq mümkündür. Layihənin müəlliflərindən biri Tomas Aqrenin sözlərinə görə, bu kəşfin nəticələrindən həyacanlanmadan, fobiyalardan, ciddi zədələnmələrdən sonra yaranan streslərdən və təşviş tutmalarından əziyyət çəkən milyonlarla insanın müalicə metodlarının yaxşılaşdırılması üçün istifadə oluna bilər.
Alimlər bildirirlər ki, insan beynində xüsusi zülalların əmələ gəlməsi sayəsində öyrəndiyi hər yeni informasiya onun beynində uzunmüddətli möhkəm xatirə kimi toplanır. O, nəyisə yada salmağa başladığı anda informasiyanın uzunmüddətli yaddaşa salınması prosesi yenidən işə düşməyənə qədər xatirə müəyyən vaxtadək qeyri-stabil olur.
"Başqa sözlə, biz əvvəlcə əslində nə baş verdiyini xatırlamırıq. Xatirə sabit deyil", - mütəxəssis əlavə edib.
Alimlərin fikrincə, yaddaş insan həyatında baş verən hər yeni hadisə ilə bağlı getdikcə daha az dəqiq olur və nəhayət, o, orijinal xatirə ilə tamamilə ziddiyyət təşkil edə bilər. Daha doğrusu, insan baş verəni deyil, baş verən haqqında son xatirəni yadda saxlayır. Mütəxəssislər bunu insan beyninin daim informasiyanı uyğunlaşdırması ilə izah edirlər.

Trend



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu