Suraxanıda su olmayacaq


Bu gün Bakının Suraxanı rayonunda içməli suyun verilişi məhdudlaşdırılacaq.

“Azərsu” ASC-dən AFN.az-a verilən məlumata görə, Bakı şəhəri Qaraçuxur qəsəbəsi Cəlal Qurbanov küçəsindən keçən 500 mm magistral su kəmərində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar “+ 98 Şərq” anbarından magistral xəttə suyun verilişi dayandırılıb.

Bununla əlaqədar fevralın 18-də gün ərzində Suraxanı rayonunun bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq. Yaranmış narahatlıqla əlaqədar “Azərsu” abonentlərdən üzr istəyir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu