Oktyabr ayına hava proqnozu


Oktyabr ayında Azərbaycanda havanın orta aylıq temperaturunun kiçik müsbət fərqlə iqlim normasına yaxın olacağı gözlənilir. Bu barədə Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi ərazilərdə isə normadan bir qədər çox olacağı ehtimal olunur.

Bakıda və Abşeron yarımadasında orta aylıq temperaturun 16-18° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1° yüksəkdir.
Gecələr ayın birinci yarısında 14-19°, ikinci yarısında 7-12° isti təşkil edəcək. Gündüzlər ayın birinci yarısında 21-26° isti, ayrı-ayrı günlərdə 28°-dək yüksələcək, ikinci yarısında isə 15-20 isti təşkil edəcək.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 17-23 mm) olacagı gözlənilir.

Naxçıvan Muxtar Respublikasında orta aylıq temperaturun 13-16° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1° yüksəkdir.
Gecələr 7-12° isti, üçüncü ongünlüyün bəzi günlərində 0-5° isti gözlənilir. Gündüzlər ayın birinci yarısında 21-26° isti, ayrı-ayrı günlərdə 28°-dək yüksələcək, ikinci yarısında isə 16-21° isti təşkil edəcək.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 19-32 mm) olacagı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd; Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən, Gədəbəy rayonlarında orta aylıq temperaturun 6-11° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.
Gecələr 4-9° isti, bəzi günlərdə 2° şaxtadan 2°-dək isti gözlənilir. Gündüzlər ayın birinci yarısında 15-20° isti, bəzi günlərdə 21-23° isti, ikinci yarısında 5-10° isti təşkil edəcək.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 34-48 mm) olacagı gözlənilir.

Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam- Füzuli-Cəbrayıl rayonlarında orta aylıq temperaturun 13-16° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1° yüksəkdir.
Gecələr ayın birinci yarısında 9-14° isti, ikinci yarısında 3-8° isti gözlənilir. Gündüzlər ayın birinci yarısında 19-24° isti, ayrı-ayrı günlərdə 26°-dək yüksələcək, ikinci yarısında isə 11-16° isti təşkil edəcək.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 30-61 mm) olacagı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında orta aylıq temperaturun 11-14° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.
Gecələr ayın birinci yarısında 8-13° isti, ikinci yarısında bəzi günlərdə 1-6° isti təşkil edəcək. Gündüzlər ayın birinci yarısında 15-20° isti, ayrı-ayrı günlərdə 23-26° isti, ikinci yarısında isə 9-14° isti gözlənilir.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, (norma 34-126 mm) bəzi yerlərdə isə bir qədər çox olacagı gözlənilir.

Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında orta aylıq temperaturun 14-18° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1° yüksəkdir.
Gecələr ayın birinci yarısında 12-17° isti, ikinci yarısında 6-11° isti təşkil edəcək. Gündüzlər ayın birinci yarısında 21-26° isti, ayrı-ayrı günlərdə 28°-dək yüksələcək, ikinci yarısında 15-20° isti gözlənilir.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 31-54 mm) olacagı gözlənilir.

Masallı-Lənkəran-Astara-Lerik, Yardımlı rayonlarında orta aylıq temperaturun 15-17° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1° yüksəkdir.
Gecələr ayın birinci yarısında 12-17° isti, ikinci yarısında 7-12° isti, dağlarda 3° şaxtadan 2°-dək isti təşkil edəcək.
Gündüzlər ayın birinci yarısında 19-24° isti, ayrı-ayrı günlərdə 26°-dək yüksələcək, ikinci yarısında 15-20° isti təşkil edəcək.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 96-274 mm) olacagı gözlənilir.

APA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu