"Baku Steel Company"nin fəhlələri üsyan etdi: 3 aydır maaşlarımız verilmir


“3 aydır maaşlarımız verilmir, uşaqlarımıza paltar, evə çörək apara bilmirik. Xahiş edirik səsimizi eşitdirin. Bizə yardım etsinlər”.

AFN.az xəbər verir ki, bu barədə sputnik-in redaksiyasına “BAKU STEEL COMPANY” şirkətinə məxsus "Azerboru" ASC-nin fəhlələri şikayət ərizəsi yazıb.

Gecikdirilən maaşa görə banklara olan kredit borclarını ödəyə bilmədiklərini, buna görə də məhkəməyə verildiklərini deyən fəhlələr şirkət rəhbərliyini topa tutublar:

“İnanın aylıq maaşımız onsuz da heçnədir. Cəmi 170 manat pul alırıq. Onu da çox vaxt yarı-yarıya verirlər. Bilmirik həmin pulu banka ödəyək yoxsa, ailəmizə çörək alaq. Biz onlardan xərclik pul yox, öz zəhmətimizin qarşılığını almaq istəyirik. 3 aydır verilməyən maaşımızı versinlər”

Vəziyyətlərinin acınacaqlı olduğunu deyən fəhlələr, artıq dözülməz həddə çatdıqlarını bildiriblər.

Etirazçı fəhlələr işdən qovulmamaq üçün adlarının çəkilməsini istəməyiblər. Onlar buna səbəb kimi, bir neçə ay öncə digər media qurumuna şikayət ərizəsi yazan başqa bir fəhlənin ad verdiyi üçün işdən çıxarıldığını deyiblər.

Məsələ ilə bağlı “BAKU STEEL COMPANY” şirkətinin mövqeyini öyrənməyə çalışsaq da, rəhbərlik şərh verməkdən boyun qaçırdı.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu