Hansı bölgələrdə yollarda problem var?


Azərbaycanda müşahidə olunan qarlı, şaxtalı hava şəraiti ilə əlaqədar bəzi bölgələrdəki yollarda müəyyən problemlər yaransa da, onlar aradan qaldırılır.

Bunu Trend-ə Daxili İşlər Nazirliyi (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib.
Şöbə rəisi qeyd edib ki, hazırda yalnız Xaçmaz, Quba, Xızı və Siyəzən rayonları ərazisində yollarda qar və buz var. Amma görülən tədbirlər nəticəsində yollarda avtomobillər hərəkət edir, dayanmır.
Bununla belə, K.Əliyevin sözlərinə görə, ümumən ölkə üzrə yollarda hərəkət normaldır, heç bir ciddi problem yoxdur.
BDYPİ sözçüsü hər hal halda sürücülərə müraciət də ünvanlayıb: “Dağ və dağətəyi bölgələrdə havaların qarlı, şaxtalı olması səbəbindən yollar buz bağlayıb. Sürücülər diqqətli olsunlar, belə havalarda nəqliyyat vasitələrini idarə etmək təcrübəsi olmayan şəxslərə tövsiyə olunur ki, həmin ərazilərdə ümumiyyətlə nəqliyyat vasitəsindən istifadə etməsin və ya sükan arxasında oturmasınlar”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail:office@afn.az




menyu
menyu