Azərbaycan dünyanın ən xoşbəxt dörd ölkəsindən biridir-SİYAHI


Azərbaycan dünyanın ən xoşbəxt dördüncü ölkəsidir.

Bunu "Gallup" analitik şirkətinin keçirdiyi sorğunun nəticələri göstərir.

Sorğunun nəticələrinə əsasən Kolumbiya dünyanın ən xoşbəxt ölkəsidir. Belə ki, bu ölkədə rəyi soruşulanların 85% xoşbəxt olduğunu bildirib. İkinci və üçüncü yerdə 82%-lik göstərici ilə Fici və Səudiyyə Ərəbistanı, daha sonra Azərbaycan (81%), Vyetnam (80%), Argentina və Panama (79%) gəlirlər.

Azərbaycanda rəyi soruşulan respondentlərin 33%-i 2016-cı ilin əvvəlki ildən daha yaxşı olacağını bildirib. 19% pessimist proqnoz, 23% isə bu məsələdə neytrallığını ifadə edib.

Respublikada iqtisadiyyatın inkişaf perspektivləri barədə sualı cavablandıran respondentlərin 36%-i vəziyyətin yaxşılacağını, 21% vəziyyətin pisləşəcəyini bildirir. Rəyi soruşulanların 11%-i isə iqtisadiyyatın əvvəlki səviyyədə olacağını qeyd edib.

Sorğuda iştirak edənlərin 66%-i öz həyatından razı olduğunu, 23%- xoşbəxt, 10%-i isə xoşbəxt olmadığını vurğulayıb.

Sorğuya əsasən İraq əhalisi özünü ən az xoşbəxt hiss edən millətdir. Ümumilikdə sorğuda dünyanın 68 ölkəsindən 66 mindən çox respondent iştirak edib. (azvision.az)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu