Nazirlik təhlükəli "Gül buketi"nə münasibət bildirdi


Azərbaycan Daxili İşlər Nazirliyi (DİN) son günlər Bakıda qapıdöymə və digər üsullarla mənzillərə girilməsi halı ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

DİN-in mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov "Report"un sorğusuna cavab olaraq bildirib ki, mənzil oğurluqları ola bilər, amma sosial şəbəkələrdə yayılan məlumatlarda olduğu formada oğurluğun olması faktı qeydə alınmayıb: "Yəni, belə bir şey varsa, vətəndaş şikayət etməlidir. Ümumiyyətlə, vətəndaş qapıdöymə və ya hər hansı üsulla evə girmə bəhanəsi ilə kimdənsə şübhələnirsə, dərhal Daxil İşlər Nazirliyinin "102 Zəng Mərkəzi"nə zəng vurmalıdır".

E.Zahidov Gürcüstandan Azərbaycana bəzi şəxslərin oğurluq məqsədilə gəlməsi ilə bağlı yayılan məlumatlara da münasibət bildirib: "Bu məlumatlar yalandır. Əslində, bu məsələni şişirdirlər. Elə bir şey yoxdur. Belə informasiyalar qeyri-ciddidir".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu