"Ölən" xalq artisti axşam canlı yayında olacaq


“Mənim haqqımda kim nə fikirləşir fikirləşsin, Allah onların özlərinə qismət eləsin. Kim ki yalandan ölüm xəbərimi yayır, qoy Allah onları öldürsün, məni yox...”

Bunu azvision.az-a açıqlamasında Azərbaycanın xalq artisti, tanınmış xanəndə Ağaxan Abdullayev deyib. Mətbuatda, sosial şəbəkələrdə ölüm xəbəri yayılan xalq artisti qeyd edib ki, hazırda özünü əla hiss edir: “Özümü əla hiss edirəm. Müalicəm artıq yekunlaşıb. İndi yaxşıyam. Axşam Allah qoysa, Muğam Müsabiqəsində münsif kimi iştirak edəcəyəm. Hər kəs baxsın”.

Qeyd edək ki, ötən gecə bəzi mətbuat orqanlarında A. Abdullayevin dünyasını dəyişməsi ilə bağlı xəbərlər yayılmışdı.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu