Universitetdə 14 kafedra ləğv olundu


"Ötən il Azərbaycan Texniki Universitetində 14 kafedra ləğv edilib. Bu proses 2016-cı ildə də davam edəcək".

"Report" xəbər verir ki, bunu Azərbaycan Texniki Universitetinin rektoru Havar Məmmədov deyib. O bildirib ki, görülən bu işlər Təhsil Nazirliyində aparılan islahatların tərkib hissəsidir: "Standartların dəyişilməsindən asılı olaraq tədris yükünün də miqdarı dəyişir. Həmçinin vaxtilə açılan yaxın ixtisaslar da birləşdirilir".
Rektorun sözlərinə görə, 2015-ci ildə universitetdə 47 kafedra olub: "Aparılan islahatlar nəticəsində hazırda universitetdə 33 kafedra qalıb.
Oktyabr-dekabr aylarında 12 kafedra birləşdirilib. Aprel-may aylarında yenə bir neçə kafedra birləşdiriləcək. Universitetdə olacaq növbəti dəyişikliklər dərs yüklərinin bölgüsü ilə bağlı olacaq".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu