Karvan ticarət mərkəzində aksiya - YENİLƏNİB/FOTO


Sumqayıtda “Karvan” Ticarət Mərkəzində fəaliyyət göstərən bir qrup sahibkar icarə haqqının yüksək olmasına etiraz edib.


APA-nın məlumatına görə, sahibkarlar manatın məzənnəsinin dəyişməsi ilə əlaqədar müştəri qıtlığından əziyyət çəkdiklərini bildirib, buna görə də icarə haqqının aşağı salınmasını tələb ediblər.

Ticarət mərkəzinin sahibi Ağamirzə Əhədov sahibkarlarla görüşüb və onların problemini həll edəcəyini bildirib.

İcarə haqqı müvəqqəti olaraq əksər yerlərdə 350 manatdan 200 manatadək endirilib.
**************
11:11
Sumqayıtda Karvan ticarət mərkəzində sahibkarlar etiraz edir

Sumqayıt şəhərində yerləşən Karvan ticarət mərkəzində sahibkarlar etiraz edir. Bu barədə birlik.az saytına bu gün (28.01. 16) 10:30-da sahibkarlardan biri zəng edərək bildirdi ki, "hazırda ticarət mərkəzində etiraz aksiyası keçiririk. Qeyd edim ki, sahibkarların etirazları icarə haqlarının çox olması ilə bağlıdır."
Karvan ticarət mərkəzinin məsulları ilə əlaqə yaratmağa çalışsaq da, bu hələ ki mümkün deyil.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu