Şəhərlərarası marşrutlarda sərnişinlərin sayına məhdudiyyət aradan qaldırılıb


Azərbaycanda şəhərlərarası marşrutlar üçün sərnişin daşıma ilə bağlı olan qadağa götürülüb.


Nazirlər Kabinetindən verilən məlumata görə, bununla bağlı “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”na dəyişikliklər edilib.

Indiyədək uzunluğu 150 km-dən çox olan şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlarda oturacaq yerlərinin sayı 23-dən az olan avtobuslarla müntəzəm sərnişin daşımalarının yerinə yetirilməsinə yol verilmirdi.

Yeni dəyişikliklərə uyğun olaraq isə bu qadağa artıq şəhərlərarası marşrutlara şamil edilmir. (“Trend”)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu