Martda pensiyalar vaxtından əvvəl veriləcək


Dövlət Sosial Müdafiə Fondu (DSMF) qarşıdan gələn Novruz bayramı ilə əlaqədar olaraq bu ilin mart ayı üzrə əmək pensiyalarının vaxtından əvvəl maliyyələşdirilməsinə başlayıb.

DSMF-nin İctimaiyyətlə əlaqələr sektorundan afn.az-a verilən məlumata görə, fondun mərkəzi xəzinə hesabından pensiyaların maliyyələşdirilməsi üçün tələb olunan vəsaitin yerli orqanların hesablarına köçürülməsi davam etdirilir. Mart ayının birinci yarısına qədər bu proses bütün ölkə üzrə tam yekunlaşacaq və pensiyaların qrafikdə nəzərdə tutulduğu müddətdən əvvəl vətəndaşların şəxsi hesablarına köçürülməsi təmin olunacaq.

Hazırda Azərbaycanda əmək pensiyası alan şəxslərin sayı 1 29 0882 nəfər təşkil edir. Onların 60,8%-i yaşa görə, 28,3%-i əlilliyə görə, 10,9%-i isə ailə başçısını itirməyə görə əmək pensiyası alanlar təşkil edir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu