Ali məktəblərdə təqaüd komissiyaları yaradılacaq


Təhsil naziri Mikayıl Cabbarov Nazirlər Kabinetinin təsdiq etdiyi “Doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə təqaüdlərin təyin olunması və ödənilməsi Qaydası”nın icra olunması haqqında əmr imzalayıb.


Nazirlikdən lent.az-a verilən məlumata görə, əmrə əsasən, Nazirlər Kabinetinin 6 fevral 2016-cı il tarixli 38 nömrəli qərarı rəhbərlik və icra üçün qəbul edilib.

Ali, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin rəhbərlərinə cari semestrdən başlayaraq təhsilalanların təqaüdlərinin “Doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə təqaüdlərin təyin olunması və ödənilməsi Qaydası”na uyğun təyin olunmasını və ödənilməsini, təqaüd komissiyasının formalaşdırılmasını, tələbələrin ixtisaslar üzrə ÜOMG-nin hesablanması, sıralama siyahılarını və buna əsasən təqaüd siyahısını, fənlər üzrə akademik nailiyyətlərə görə təqaüd növlərinin müəyyənləşdirilməsini və digər təşkilati məsələlərin həllini təmin etmək tapşırılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu