Xalq artisti İlhamə Quliyeva ilə vida mərasimi başlayıb


Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında xalq artisti İlhamə Quliyeva ilə vida mərasimi keçirilir.


"Report" xəbər verir ki, mərasimdə Xalq artisti Zülfiyyə Xanbabayeva, Aftandil İsrafilov, aparıcı Lətafət Ələkbərova, ictimaiyyət nümayəndələri və mərhumun yaxınları iştirak edir.
İlhamə Quliyevanın oğlu anasının ekspertiza nəticələrinin 15 gün sonra bəlli olacağını bildirib. O İlhamə Əliyevanın ölümünün onların ailəsi üçün böyük itki olduğunu bildirib.
Mərhum II Fəxri xiyabanda dəfn olunacaq.
Xatırladaq ki, İlhamə Quliyeva 1943-cü ildə Lənkəranda anadan olub. Fevralın 25-də 73 yaşında dünyasını dəyişib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail:office@afn.az




menyu
menyu