​Bağça yaşlı uşaqlarla psixoloqun işləməsi tövsiyə olunur


"Psixoloq bağçada mütləq vacibdir".


Bunu "Report"a açıqlamasında psixoloq, Uşaq və Gənclərin Sosial Reabilitasiya Mərkəzinin psixoloqu Asəf Kərimov deyib.
O, bildirib ki, psixoloq bağçada uşağın müxtəlif yaş dövrlərində xüsusiyyətlərini və senzitiv dövrlərini daha yaxşı bilir, ailənin, uşağın yaşadığı mühitin xüsusiyyətlərini, uşağın fərdi psixoloji xüsusiyyətlərini psixodiaqnostika metodları vasitəsi ilə müəyyən edərək tərbiyəçiyə uşağa yanaşma tərzi ilə bağlı tövsiyələr verir: "Tərbiyəçilər ümumi məşğələlərin aparılmasında pedaqoji və psixoloji tövsiyələrdən və hazır plan üzrə metodikalardan istifadə edərək informasiyanı çatdırırlar. Eyni tövsiyələr valideyn üçün də hazırlanır və uşaqda yaranmış travmaların, psixoloji problemlərin müəyyən olunması və aradan qaldırılması, o cümlədən qabiliyyət və istedadın müəyyənləşdirilərək inkişaf etdirilməsi ilə bağlı daha dolğun tövsiyələr verir. Psixoloq tərbiyəçi ilə birgə və təkcə özü olmaqla psixokonsultasiya, psixoterapiya və psixokorreksiya həyata keçirə bilər. Ən müxtəlif psixi proseslərin diqqət, hafizə, təfəkkürün inkişaf etdirilməsi və korreksiyası üçün məşğələlər hazırlaya və keçirə bilər".
A.Kərimov vurğulayıb ki, psixoloq bağçada valideynlər üçün maarifləndirmə tədbirləri həyata keçirə və evdə uşaqla işləmə qaydaları, onların fərdi və yaş xüsusiyyətləri ilə bağlı məlumatları valideynlərə çatdıra bilər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu