Azərbaycanda hər 10 min nəfərə 35 həkim düşür


Azərbaycanda əhalinin hər 10 min nəfərinə orta hesabla 35 həkim və 61 tibb işçisi düşür.

Dövlət Statistika Komitəsindən "Trend"-ə bildirilib ki, 2015-ci ilin əvvəlinə olan məlumata əsasən, ölkədə 32,9 min həkim və 57,9 min orta tibb işçisinin çalışdığı 567 xəstəxana və 1763 ambulatoriya-poliklinika müəssisəsi fəaliyyət göstərir.

Ötən il qeydə alınmış xəstəliklər arasında tənəffüs, əsəb sistemi və hissiyyat, həzm orqanlarının, qan dövranı sisteminin xəstəlikləri, eləcə də yoluxucu və parazitar xəstəliklər üstünlük təşkil edib.

2013-cü ilin müvafıq dövrü ilə müqayisədə ötən ilin yanvar-noyabr aylarında ölkədə bakterial dizenteriya ilə xəstələnmə halları 50 faiz, pedikulyoz ilə 59,1 faiz, qoturluq ilə 26,1 faiz, viruslu hepatit ilə xəstələnmə halları 8 dəfə azalıb. Ötən il kəskin poliomielit, tulyaremiya, məxmərək, anadangəlmə məxmərək sindromu, difteriya, yenidoğulmuşlarda tetanus, qızılca, göy öskürək və malyariya xəstəlikləri qeydə alınmayıb.

Bununla yanaşı tetanus, suçiçəyi, bruselyoz, skarutf8a ilə xəstələnənlərin sayı bir qədər artıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu