TQDK bakalavrların müraciətlərinə baxılması üçün Apellyasiya Komissiyası yaradıb


Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) 2016-2017-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul imtahanının 2016-cı il martın 6-da keçirilən birinci mərhələsi ilə əlaqədar bakalavrların müraciətlərinə baxılması üçün Apellyasiya Komissiyası yaradılıb.


Bu barədə "Report"a TQDK-nın mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, Apellyasiya Komissiyası Bakı şəhəri, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında (Asiya Universitetinin binasında) fəaliyyət göstərir.
Bakalavrlar Apellyasiya Komissiyasına 9-11 mart tarixlərində saat 10-dan 17-dək şəxsiyyətlərini təsdiq edən sənədi təqdim etməklə şəxsən müraciət edə bilərlər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu