12 illik təhsil sistemi yenidən gündəmdə


Təhsil Nazirliyində təşkil olunan “dəyirmi masa”da 12 illik ümumi təhsilə keçidin strukturu, məzmunu və bu məsələnin cəmiyyətə çatdırılması yolları barədə müzakirələr aparılıb.

Nazirlikdən verilən məlumata görə, tədbirdə bu qurumun, Təhsil Problemləri İnstitutunun, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşları, müvafiq məktəblərin direktorları iştirak ediblər.

Çıxış edənlər 12 illik ümumi təhsilə keçiddə məktəbəhazırlıq mərhələsi də nəzərə alınmaqla, ümumi təhsilin mümkün modelləri, tam orta təhsil səviyyəsində təhsilin təmayüllər üzrə ayrı-ayrı məktəblərdə təşkili, proses üçün hazırlıq işlərinin aparılması və pilot mərhələnin tətbiqi və s. barədə təkliflər səsləndiriblər.

Təhsil Problemləri İnstitutunda 12 illik ümumi təhsilə keçidin səmərəliliyinin müəyyənləşdirilməsi üçün tədqiqatların aparılmasının vacibliyi vurğulanıb.

Müzakirələrin davam etdirilməsi qərara alınıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu