Azad Rəhimov Biləsuvarda vətəndaşları qəbul edəcək


Gənclər və idman naziri Azad Rəhimov martın 29-da Biləsuvar rayonunda vətəndaşları qəbul edəcək.


Gənclər və İdman Nazirliyinin mətbuat katibliyindən Afn.az-a verilən məlumata görə, qəbulda Ağcabədi, Beyləqan, Biləsuvar və İmişli rayon sakinləri iştirak edəcəklər.
Qəbul saat 11:00-da Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatının inzibati binasında (Biləsuvar şəh, Mübariz İbrahimov küçəsi 120, Heydər Əliyev parkının ərazisi, RİH-nin yaxınlığı) başlanacaq.
Qəbula gəlmək istəyən vətəndaşlar 28 mart tarixinədək aşağıdakı rayonların gənclər və idman idarələri ilə əlaqə saxlamalıdırlar.
Ağcabədi - 050-515-29-00
Beyləqan - 055-743-12-12
Biləsuvar - 050-504-44-22
İmişli - 050-635-66-49



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu