Yağış və qar yağacaq


Yaxın iki gün ərzində Bakıda hava şəraitində mühüm dəyişiklik gözlənilməsə də, respublikanın əsasən şimal və şərq rayonlarında hava yağıntılı olacaq.

AFN Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosuna istinadən bildirir ki, yanvarın 22-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Zəif duman olacaq, səhər və gündüz havanın çiskinli olacağı, yağış yağacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 1-3, gündüz 7-9 dərəcə isti olacaq.

Respublikanın qərb rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin şimal və şərq rayonlarında bəzi yerlərdə havanın yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacağı gözlənilir, qərb küləyi əsəcək.

Aran rayonlarında havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 6-11 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti olacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu