Banklar şəhid ailələrinin borcunu silsin- Deputatdan təklif


Milli Məclisdə cəbhə xəttinə yaxın ərazilərdə yaşayan insanlar üçün güzəştlərin tətbiq edilməsi təklif edilir.

Belə bir təkliflə Milli Məclisin deputatı Qənirə Paşayeva çıxış edib. Onun sözlərinə görə, cəbhə xəttinə yaxın ərazilərdə yaşayan insanlar son gərginliklər zamanı fədakarlıq nümayiş etdirib:

“Ordumuzun son uğurlu əməliyyatları zaman şəhid olan hərbçilərimizin və ya onların aillərinin banklara olan borcların banklar tərəfindən silinməsini təklif edirəm. Banklar tərəfindən şəhid ailələrinin borclarının silinməsi cəmiyyət tərəfindən çox müsbət qarşılanar”.

Qənirə Paşayeva deputatları maaşlarının bir hissəsini Silahlı Qüvvələrinə Yardım Fonduna köçürməyi təklif edib, özü də bu addımı atacağını bildirib. Deputat hər kəsi bu təklifi dəstəkləməyə çağırıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu