Ombudsman şəhid ailələrinə baş çəkdi


İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova son günlər cəbhə bölgəsində düşmən təxribatının qarşısının alınması zamanı qəhrəmancasına həlak olmuş polkovnik leytenant Orucov Raqub Cahangir oğlunun və gizir Məmmədov Murad Vaqif oğlunun Sumqayıt şəhərində yaşayan ailələrinə baş çəkib.


Virtualaz.org Ombudsmanın mətbuat xidmətinə istinadən bildirir ki, Müvəkkil onların döyüşlərdə göstərdikləri şücaəti və vətənpərvərliklərini yüksək qiymətləndirərək, Şəhidlərin yaxınlarına baş sağlığı vermiş, Allahdan onlara səbir diləmiş və şəhidləri qisasının yaxın zamanlarda layiqincə alınacağına, mənfur düşmənlərin zəbt olunmuş torpaqlarımızdan təmizlənəcəyinə ümid etdiyini bildirib.

Şəhidlərin ailə üzvləri və yaxınları əzizlərinin Şəhidlik zirvəsinə yüksəlmələri ilə fəxr etdiklərini və Vətən sağ olsun söyləyərək onlara göstərilən qayğıya, diqqətə və şəhidlərin ruhuna göstərilən yüksək hörmətə görə başda Ali Baş Komandan olmaqla bütün Azərbaycan xalqına minnətdarlıqlarını bildiriblər. Bu görüşlərdə millət vəkili Qənirə Paşayeva da iştirak edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu